• 27 İyul 2024 07:51

Xalq artistlərinin başı qarışıb pul qazanmağa, sevgiliyə – Xanəndə

Xalq artistlərinin başı qarışıb pul qazanmağa, sevgiliyə - Xanəndə

“Efirlərimiz niyə bu günə qalıb. Kanalların hamısı bir-birinin bəhsinə, reytinq xətrinə bütün tərbiyəsizlikləri edirlər. Heç kim buna nəzarət etmir”.

Tacxeber.com xəbər verir ki, bunu sosial şəbəkə hesabında Əməkdar artist Nigar Şabanova yazıb.

O, telekanallarda müzakirəyə çıxardan ailə faciələrini şiddətli şəkildə qınayıb:

“Namusunu itirən, analığını unudan, kişiliyini bilməyən hamı efirdə qışqır-bağır salıb bir-birinin üstünə hücüm çəkib, pis sözlər deyir. Televiziya mədəniyyət ocağıdır. Budur Azərbaycan mədəniyyəti? Bu biabırçılığa nə zaman son qoyulacaq!

Reytinqə görə artıq sizdən hər axmaq hərəkət gözlənilir. Xalq artistlərinin başı qarışıb pul qazanmağa, sevgiliyə. Biriniz ayağa qalxıb danışmırsınız ki, axı o efirlərə biz də çıxırıq. Düz söz danışmırsız ki, axı o efirlərə biz də çıxırıq. Düz söz danışanda da olursan pis insan. Budur Azərbaycan qeyrəti, namusu, əxlaqı.

Əvvəllər arvadı pis yola düşən kişi gizlənirdi, indikilər efirə çıxıb deyir “papağıma söyün”. Azərbaycan kişiləri bunlar deyil. Bizim kişilərin qeyrəti, namusu, şərəfi var. 44 günlük müharibədə Azərbaycan kişisi özünü göstərdi. Pisləri niyə çıxarırsız ora. Bazardı elə bil. İndi görün ki, namus, qeyrət peşəylə deyil, qanla bağlıdır”.

Tacxeber.com

Oxşar xəbərlər