• 24 Noyabr 2024 23:38

AFFA-nın qarşısına şərt qoydular: “Milliyə yerli məşqçi gələr, biz də gələrik”

Azərbaycan millisi növbəti oyunlara hazırlaşır.

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində yer aldığı F qrupunda 6 oyundan sonra topladığı 4 xalla 5 komanda arasında 4-cü pillədə yer alan Canni de Byazinin rəhbərlik etdiyi kollektivin növbəti, yəni sonuncu rəqibləri İsveç və Belçikadır.

Yığmamız noyabrın 16-da Bakıda İsveç seçməsi ilə qarşılaşacaq, 3 gün sonra səfərdə Beliçka millisinin qonağı olacaq.

Milli komandanın sosial şəbəkə hesablarında skandinaviyalılarla oyunun anonsu paylaşılıb və azarkeşlər Tofiq Bəhramov adına Respublika stadiona dəvət olunub.

Paylaşımın şərh bölməsində yazılan rəylərə əsasən Azərbaycan – İsveç oyununda azarkeş sayının ürəkaçan olmayacağını deyə bilərik:

“Əziz bacılar və qardaşlar, oyuna getməyin. Nə vaxt millidə yerli məşqçi işləyər, ondan sonra yığmaya dəstək verərik”.

“Hansı yaxşı oyuna görə bilet alaq?”

“Bir qram həyəcan yoxdur, heç bir şey yoxdur. Onsuz da İsveç gəlib, udub gedəcək. 4 xal yığan millinin oyununa niyə gələk?”

“O boyda stadiona yenə 6-7 min adam gələcək, biabırçı mənzərə olacaq”.

“De Byazi qovulmasa, heç kim getməsin oyunlara. Millinin ən parlaq oyunçuları ilə nəticə qazana bilməyən şəxs niyə qalmalıdır axı, niyə?”

“Mən millidən ümidimi üzmüşəm. Estoniyanı udmaq üçün bizə italyan lazım deyil. Yerli məşqçi qoyun, stadiona qayıdaq”.

“Milliyə yerli məşqçi gələr, biz də gələrik”.

“Milləti ora növbəti məğlubiyyətə tamaşa etmək üçün yığırsınız?”

“Ləzzətli məğlubiyyət gözləyirik. Xahiş edirik, ümidlərimizi puç etməyin”.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç görüşü saat 21:00-da başlayacaq. (Sportinfo)

Tacxeber.com

Oxşar xəbərlər