• 27 İyul 2024 04:04

“Bəs, hara getsin, kimə gülsün?” – Xalq artisti

“Bəs, hara getsin, kimə gülsün?” - Xalq artisti

“İndiki çətin zamanda insanların gülüşə, təbəssümə çox ehtiyacı var. Amma elə həmin insanlar bir neçə gün keçir, deyirlər ki, biz nəyə güldük? Onlar nə deyirdilər? Bütün həmkarlarıma yaşından asılı olmayaraq, arzu edirəm ki, güldürdükləri kimi düşündürsünlər”. 

Tacxeber.com Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu “Gündən-günə” verilişində deyib.

68 yaşlı sənətkar bildirib ki, aktyor peşəsində pul yoxdur:

“Bizim çox istedadlı aktyorlarımız var. Onlar yetişirlər. Əgər onlar məbəddə (teatrı nəzərdə tutur – red.) işləməsələr və rejissorların nəzarətində olmasalar, tam sənəti dərk etməyəcəklər. Bizim sənətdə pul yoxdur. Düzdür, Musiqili və Opera Teatrında fərli maaş var. Amma…

O hisslər ki, insanlarda bura niyə gəldim, nəyə baxdım, niyə güldüm… İstəmirəm, belə suallar olsun. Çünki o mənə də toxunur. Getmisən, baxmısan, xoşuna gəlib, indi isə deyirsən ki, mən nəyə güldüm. Bunu sən özün özlüyündə təhlil et ki, niyə getdin, baxdın və güldün. Gülməsin, bəs nə etsin, hara getsin? O da var… Bəs, hara getsin, kimə gülsün?”

Tacxeber.com

Oxşar xəbərlər