Kənan MM: “Eləsini tapsam, mən də ərə gedərəm”
“İnsan susursa, “qorxaq” deyirllər, danışırsan “kobud” deyillər. Qadınlar da belədir… Elə kişi istəyirəm, belə kişi istəyirəm, bu cür kişi istəyirəm… Bu 3 kişini bir arada istəyirəm… Qadınların istəyi – “milyonçu olsun, işimə qarışmasın, idmançı olsun”. Eləsini tapsam mən də ərə gedərdim”.
Tacxeber.com xəbər verir ki, bu sözləri aktyor və rejissor Kənan Mahmudov qonaq olduğu “Qapqara” verilişində deyib.
Cəmiyyətdə qadınların “kasıb kişiyə ərə getmərəm” fikirlərini Kənan özünəməxsus şəkildə şərh edib:
“Qadınlar var ki, çıxıb deyillər ki, “mən kasıb kişiyə ərə getmərəm”. Bunu cəmiyyət içində deyir, tanıyır, onu bilirik. Bunu evdə oturub düşünən başqa qadın yoxdur. Heç bir qadın kasıb kişiyə ərə getməz. Bu, söyüş deyil. Hər kəsin yaxşı yaşamaq arzusu var.
Burada nə var ki? Bəyəm oğlanlar varlı qızla evlənmək istəmir? Belə oğlanların sayı da çoxdur. Niyə kişinin dediyi hər bir söz cəmiyyətdə müzakirə olunmur. Amma yazıq qadın;n dediyi hər fikir müzakirə olunur. Qadın qarnında bir dünya daşıyır, bir dünya sığdırır. Amma biz bəzən bir qadını bir dünyaya sığdıra bilmirik”.