• 27 İyul 2024 12:05

“Putin ordunu dağıdıb”: Rusiyada yeni Priqojin peyda olub və Moskvanı hərbi yürüşlə təhdid edib – VİDEO

“Düşməni Yerlə bir edən ordu bəs harada qalıb? Hər şeyi məhv edən hücum aviasiyası armadası hanı?..”

“Biz normal tualet kağızı belə istehsal edə bilmirik, 70 il öncə avtomobillər üçün kəşf edilən ötürücünü də düzəldə bilmirik…”

Rusiyada yeni “Yegeni Priqojin” peyda olub, onun adı Georgi Zakrevskidir. O, kiçik özəl hərbi şirkətin sahibidir.

Moderator.az xəbər verir ki, bu barədə jurnalist və bloger Denis Kazanski danışıb. Məlumatı “donpess.com” nəşri yayıb.

Rusiyanın “Paladin” özəl hərbi şirkətinin sahibi Georgi Zakrevskiyə “Vaqner qrupu” özəl hərbi şirkəti sahibinin şöhrəti rahatlıq vermir.

Öz müsahibəsində o, Rusiya hakimiyyətini “xüsusi hərbi əməliyyat”ın iflası və ordunun dağılmasına görə kəskin tənqid edib.

Özü də əgər Priqojin Putinə toxunmur və əsasən Gerasimov və Şoyquya hücum edirdisə, Zakrevski dərhal Rusiya dikatorunun üzərinə gedərək bəyan edib ki, Rusiyanın bütün uğursuzluqlarına görə məhz Putin məsuliyyət daşıyır”, – jurnaılist deyib.

O, qeyd edib ki, əvvəllər Zakrevski ictimai fiqur olmayıb, amma indi Yevgeni Priqojinə bənzəmək qərarına gəlib və “dərhal əsas məsələyə keçib”.

Kazanski “Paladin” özək hərbi şirkəti sahibinin adlçəkilən müsahibəsindən fraqmentləri dərc edib.

“Bizə ordumuzun qüdrətli və möhtəşəm olduğu barədə çox deyilib, bununla bağlı gözəl reportajlar yayımlanıb…

Düşməni Yerlə bir edən armada bəs harada qalıb? Hər şeyi məhv edən hücum aviasiyası armadası hanı? Analoqu olmayan silah haradadır?

Bizdə səfərbər edilənlər üçün geyim forması olmayıb. Hanı bu geyim formaları? Bizim səfərbərlik ehtiyatımız üç milyondur, deməli, anbarlarda dörd milyon yarım dəst olmalıdır…Kimsə buna görə cəzalandımı? Kimsə güllələndimi? – Zakrevski sual edib.

“Rusiya hakimiyyəti, ümumiyyətlə, heç bir şeyi normal işləyib hazırlaya bilmir. Çünki, görünür, bunu bacarmır. Heç nə alınmır.

Üstəlik, elə hey yalan danışırlar, son zamanlar isə özləri yaxasını kənara çəkir. Elə üzdəniraq prezident də həmçinin. Müdafiə Nazirliyinin buraya nə dəxli var ki? Bu adam bu ölkədə baş verən hər şeyə görə cavabdehdir”, – Zakrevski qeyd edib.

“Bizə ölkənin dirçəlişindən çox danışılıb, sonra deyirlər ki, onun sənayesi getdikcə inkişaf edir və yaxşılaşır. Bu mövzuda Dima Medvedev bütöv esse yazıb.

Heç demə, heç nə yoxdur, nə sənaye, nə hər hansı iqtisadiyyat var. Heç demə, biz normal tualet kağızı belə istehsal edə bilmirik, biz avtomobilər üçün 70 il əvvəl kəşf edilən ötürücünü də düzəldə bilmirik”, – Zakrevski vurğulayıb.

O, həmçinin bəyan edib ki, Rusiya hökuməti cəbhədə səfərbər edilənlərin rotasiyasını həyata keçirmir, çünki qorxur ki, hərbçilər Rusiyaya dönüb hərbi çevriliş edər, o zaman üzgəniraq “ədalət yürüşü dənizdə damla olar”, – Zakrevski əmin edib.

52 yaşlı Georgi Zakrevski döyüş hazırlığı üzrə təlimatçı, hüquqşünas, hərbi məsləhətçi, döyüş əməliyyatlarının veteranıdır. Suriya, Livan, Ukraynada döyüşüb. Ukraynanın “Mirotvorets”(“Sülhməramlı”) saytında qeydiyyatdadır.

Tacxeber.com

Oxşar xəbərlər