“40 yaşında özünü ana kimi gerçəkləşdirə bilməyən qadın ev ocağının nə demək olduğunu bilmir…”
Rusiyada qızlara ali təhsil almaqdansa, uşaq doğmağa çağırış edilib
Çelyabinsk vilayətindən olan senator Marqarita Pavlova gənc qızlara ali təhsildən doğuşa yönəlməyə çağırış edib.
Tacxeber.com xəbər verir ki, bu barədə o, “Tsarqrad” telekanalına müsahibəsində bəyan edib. Məlumatı “gazeta.ru” nəşri yayıb.
“Qızları ali təhsil almağa yönləndirməkdən əl çəkmək lazımdır. Ali təhsil alan, sonradan mahiyyətcə heç bir şeyə gətirib çıxarmayan gənclər yetişdirməkdən əl çəkilməlidir.
Onlar ya başqa ixtisaslar üzrə, ya da başqa bir sahədə işləməyə başlayır, sonra da özünə yer tapmaq üçün uzun illər lazım olur, nəticədə uşaq doğmaq funksiyası nəzərdən qaçırılır”, – Pavlova deyib.
Onun fikrincə, hansısa “mifik inkişaf” dalınca qaçmaq deyil, ərslərin dərinliyinə nüfuz etmək lazımdır, çünki bəzən inkişaf “deqradasiyaya bərabərdir”.
“Son 100 ildə inqilab səbənindən qadınlar işləmək imkanı qazanıb və az doğmağa başlayıb”, – senator deyib və əlavə edib ki, zərif cinsin nümayəndələri öz üzərinə kişilərin funksiyasını götürüb, kişilər onlara qadın kimi baxmır.