• 27 İyul 2024 07:26

Azərbaycan millisi İsveçə böyük hesabla qalib gəldi

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində F qrupunda növbəti oyununa çıxıb.

Rəqib İsveç yığmasıdır. Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 21:00-da başlayıb.

Bu oyunu qadın hakim idarə edir. Referi isveçrəli Ester Ştaublidir.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda İsveç Azərbaycana 5:0 hesabı ilə qalib gəlmişdi.

Avro-2024, seçmə mərhələ, 9-cu tur

16 noyabr

21:00 Azərbaycan – İsveç – 3:0

Qol: Emin Mahmudov, 3, Renat Dadaşov, 6, Emin Mahmudov, 89

Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 57 (Azərbaycan)

Baş hakim: Ester Ştaubli (İsveçrə)

Tofiq Bəhramov adına Respublika Stadionu

21:00. Estoniya – Avstriya – 0:2

Qol: Laymer, 26, Lenhart, 39

 

Komandalar   O  Q  H  M  T-F   X

1 Avstriya           8  6   1   1  17-7  19

2 Belçika             7  5   2   0  17-4  17

3 İsveç                 7  2   1   4  12-12  7

4 Azərbaycan     7  2   1   4  7-12   7

5 Estoniya          7   0   1   6  2-20   1

 

Tacxeber.com

Oxşar xəbərlər