• 17 Aprel 2024 17:46

Boşanan cütlüyün iti övladları hesab olundu – MƏHKƏMƏ QƏRARI

 

Kolumbiyada cütlük boşandıqdan sonra məhkəmə rəsmi olaraq itlərini ailə üzvü kimi tanıyıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Javer Universitetinin rektoru olan Aleksis Kastanyo adlı kişi 2021-ci ildə həyat yoldaşından ayrılıb. Boşandıqdan sonra cütlüyə aid olan Simon adlı it kişinin keçmiş həyat yoldaşı ilə yaşamağa başlayıb. Daha sonra qadın Kastanyonu itini tez-tez görməsinə icazə verməyib və bu da onun depressiyaya düşməsinə səbəb olub. Üstəlik, kişi Simonun da onun üçün darıxdığına və ayrılıqdan əziyyət çəkdiyini bildirib.

Sonra Kastanyo ev heyvanı ilə müntəzəm görüşlərin təmin edilməsi üçün məhkəməyə müraciət edib. Müraciətə cavab olaraq, Boqota Ali Məhkəməsi itin qanuni olaraq Kastanonun qızı hesab edilə biləcəyinə qərar verib.

Hakimlərin fikrincə, Simon sahibləri boşanmadan əvvəl “ ailənin bir hissəsi” olub. Qeyd olunur ki, heyvanın rəsmi olaraq ailə üzvü kimi tanınması barədə qərar ilk dəfə olaraq Kolumbiyada məhkəmə tərəfindən verilir.

İndi Kastanyo Simon ilə müntəzəm görüşmək hüququna malikdir. Tezliklə ailə məhkəməsinin hakimi kişi ilə ev heyvanı arasında görüşlərin dəqiq cədvəlini tərtib edəcək.

Tacxeber.com

Oxşar xəbərlər