• 14 İyul 2024 05:23

Elçibəyin müşaviri olmuş məşhur alimi maşınla vuran şəxs tanınmış həkimdir

Elçibəyin müşaviri olmuş məşhur alimi maşınla vuran şəxs tanınmış həkimdir

Bakıdakı yol qəzasında həlak olmuş tanınmış alim Arif Acaloğlunu vuran “Mercedes” markalı avtomobilin sürücüsünün kimliyi məlum olub. 

Tacxeber.com xəbər verir ki, APA-nın məlumatına görə, avtomboili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.

Qeyd edək ki, Azər Maqsudov da kifayət qədər tanınmış şəxsdir.

O, 1998-ci ildən KTM-nin Toksikologiya şöbəsinin müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, mərhum alim Arif Acaloğlu 1992-1993-cü illərdə Azərbaycanın Prezidenti olmuş Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarından Türkiyəyə köçüb.  Arif Acaloğlu son vaxtlar Mərmərə Universitetində çalışırdı. O, Qafqaz, Orta Asiya və Sibirdə Türk tarixini araşdırmaq məqsədilə çoxsaylı akademik fəaliyyətlər göstərib.

Bədbəxt hadisə noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində baş verib.

Tacxeber.com

Oxşar xəbərlər