• 24 Aprel 2024 09:32

Güləş tarixində görünməmiş hadisə – Hər ikisi dünya çempionu elan edildi.

Ümumdünya Güləş Birliyi (UWW) idman tarixində nadir rast gəlinən qərar verib.

Bu ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının finalında Türkiyə idmançısı Ali Cengiz (87 kq.) finalda Macarıstandan olan güləşçi David Loşontsiyə 8:7 hesabı ilə qalib gəlib. Bundan sonra Macarıstan Güləş Federasiyası görüşün nəticəsinə etiraz olaraq UWW-yə şikayət edib.

UWW İcraiyyə Komitəsinin toplatınsında şikayətə və görüşün videoyazısına baxılıb. Bələ fikrə gəlinib ki, hakim son saniyələrdə nəticəyə təsir edən səhvə yol verərək macar idmançının üstünlüyünü qeydə almayıb. Bu səbəbdən UWW həmin qarşılaşmanın qalibi Ali Cengizlə yanaşı David Loşontsini də dünya çempionu elan edib.

Beləliklə, bu finalın hər iki iştirakçısı dünya çempionu kimi tarixə düşüb. Qərarı UWW öz saytı vasitəsi ilə açıqlayıb.

Türkiyə mətbuatının yazdığına görə, güləş mütəxəssisləri bunun qalmaqallı və mübahisəli qərar olduğunu bildiriblər.

Onların fikrincə, bu, idmanda normal olmayan bir ənənənin əsasını qoyur. Yəni bundan sonra medal qarşılaşmalarında narazı tərəf şikayət etməklə hakimlərin qərarlarını sorğulaya və onu ləğv etdirə bilərlər.

Tacxeber.com

Oxşar xəbərlər