• 27 İyul 2024 03:26

“İran İsrailə qarşı savaşa girməyəcək” – İranın Ali Dini Rəhbəri

“Xamenei HƏMAS-dan susmağı, İrana və “Hizbullah”a müharibəyə qoşulmaq barədə açıq çağırışlarına son qoymağı tələb edib…”

“Hazırkı böhran zamanı ilk dəfə olaraq İranın yaratdığı “müqavimət oxu” eyni zamanda bir neçə cəhbəyə səfərbər edilib…”

İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xamenei noyabrın əvvəlində HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşündə bəyan edib ki, İran İslam Respublikası İsrail ilə savaşa girməyəcək.

Tacxeber.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Xamenei terrorçuların başçılarının oktyabrın 7-də İsrailə planlaşdırılan və həyata keçirilən hücumu barədə İranı məlumatlandırmadıqlarına görə narazılığını ifadə edib və HƏMAS-dan susmağı, İrana və Livanın “Hizbullah” qruplaşmasına müharibəyə qoşulmaq barədə açıq çağırışlarına son qoymağı tələb edib.

Bu zaman Xamenei qeyd edib ki, qruplaşmaya özünün siyasi və mənəvi yardımını davam edəcək, lakin münaqişəyə birbaşa müdaxilə etməyəcək.

Agentlik qeyd edir ki, “Hizbullah” üçün də HƏMAS-ın İsrailə ölümcül hücumu, nəticədə 1400 nəfərin həlak olması gözlənilməz olub.

Qeyd edilir ki, Livan qruplaşmasının yaraqlılarını İsrail ilə sərhəd rayonlara təcili səfərbər etmək lazım gəlib, çünki onlar əvvəllər olduğu kimi döyüş hazırlığına gətirilməyib.

Nəşrin həmsöhbətlərindən biri məlumat verib ki, HƏMAS “Hizbullah”ın İsrail ərazisinə dağıdıcı raket zərbələri endirməyini istəyib, lakin qruplaşma bu qərara gəlib ki, bu, ona gətirib çıxaracaq ki, “İsrail Livanı viran qoyacaq, amma Qəzzada əməliyyata son qoymayacaq”.

Ona görə də “Hizbullah” istisnasız olaraq İsrail Müdafiə Ordusu ilə atışmaların getdiyi həmsərhəd ərazidə cəmləşıb.

Buna baxmayaraq, agentlik yazır ki, hazırkı böhran zamanı ilk dəfə olaraq İranın yaratdığı  üzdəniraq  “müqavimət oxu” olan hərbi alyans eyni zamanda bir necə cəhbəyə səfərbər edilib.

“Hizbullah” son onillikdə İsrail ilə ən şiddətli toqquşmalarda bulunur, İranın dəstəklədiyi hərbiləşdirilmiş bölmələr İraq və Suriyada Amerika qoşunlarına zərbələr endirir, Yəmən husiləri isə İsrailin cənubuna raketlər və pilotsuz uçuş aparatları buraxır.

Tacxeber.com

Oxşar xəbərlər