• 14 İyul 2024 06:30

Qəbzliyi aradan qaldırır, mədə və ürəyi qüvvətləndirir – Min bir fayda

Pamelo faydası saymaqla bitməyən meyvələr arasında yer alır. Pomelo, ağac qovunu və ya Çin qreyfurtu olaraq da tanınır. Bir çox faydası olan bu meyvə ən çox Aralıq dənizi ətrafı, Hindistanın bəzi bölgələri və Orta Amerikada yetişir.

Tacxeber.com Sağlamolun.az-a istinadən pamelonun faydalarını təqdim edir:

 – Meyvənin qabığı çeynənilərsə, ağızdan gələn pis iyi aradan qaldırar.

– Qabığının suyu ilə yaralar sarğı edilərsə, yaranın sağalmasını asanlaşdırar.

– Pomelo meyvəsi kapilyar damarları gücləndirir.

– Qəbzliyi aradan qaldırır.

– Mədə və ürəyi qüvvətləndirir.

– Sürətli ürək döyüntüsünü aradan qaldırar.

– Qızdırmaya yaxşı gəlir.

– Pamelonun yarpağını iyləmək baş ağrısını keçirər, fərahlıq verər.

– Yarpaqları həzmi asanlaşdırır, nəfəsi rahatlaşdırar.

– Çəyirdəkləri əzilib ac qarınına su ilə içilsə, bağırsaq qurdlarını təmizləyər.

– Çəyirdəyinin külü diş diblərinə faydalıdır.

– İlan sancan insana suyunu içirtmək faydalıdır.

– 5 qram quru meyvə qabığı döyülüb bir stəkan su ilə içildiyi zaman mədə sancısını yox edər.

– Soyuqdan ağrıyan dişlərin üzərinə qoyulduğu zaman ağrının keçəyinə kömək edir.

– Çiçəyini iyləmək beyni qüvvətləndirir.

Tacxeber.com

Oxşar xəbərlər