• 23 Noyabr 2024 23:38

Rivaldo və Neymarın bacısı dövlət çevrilişinə cəhddə ittiham olunurlar.

Keçmiş futbolçu Rivaldo və “Əl-Hilal”ın futbolçusu Neymarın bacısı Rafaella Santos Braziliyada dövlət çevrilişinə cəhddə ittiham olunurlar.

Bbarədə “Marca” məlumat yayıb.

Prokurorluq onları dövlət çevrilişinə cəhdləri maliyyələşdirməkdə ittiham edib.

Qeyd edək ki, iğtişaşlara səbəb prezident Lula da Silvanın Jair Bolsonaro üzərində qələbəsi olub.

Bolsonaronun məğlubiyyətindən sonra onun ardıcılları kütləvi şəkildə səfərbər olub və ölkədə toqquşmalar, iğtişaşlar törədiblər. Saxlanılanlardan ifadələr alınarkən bəziləri bu çevriliş cəhdlərini maliyyələşdirən şəxslər arasında “Barselona”nın keçmiş hücumçusu Rivaldonun və Neymarın bacısının da olduğunu etiraf ediblər.

Tacxeber.com

Oxşar xəbərlər