• 25 Noyabr 2024 09:38

“Space” TV-nin rəhbəri keçmiş əməkdaşına uduzdu.

“Bu gün Yasamal rayon məhkəməsində “Space” TV-nin rəhbəri Vado Karovinə qarşı iddia tələbim təmin edildi”.

Tacxeber xəbər verir ki, bunu “Space” TV-nin keçmiş əməkdaşı Zamirə Dadaşova bildirib.

“Məhkəmənin qərarı ilə “Space” MMC-də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əmək haqqım verilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir”.

17 il bu telekanalın ekranında müxtəlif verilişlərə aparııcılıq edən Zamirə Dadaşova bu ilin aprelində “Space” TV-ni tərk edib. O, axırıncı dəfə telekanalda “Acıq söhbət” verilişini aparırdı.

Z.Dadaşova hazırda RTV internet kanalında “Onunla açıq söhbət” verilişinə aparıcılıq edir. (Modern)

Tacxeber.com

Oxşar xəbərlər