• 27 İyul 2024 11:25

Xırdalanda yaşayış binasının qarşısında dözülməz vəziyyət – FOTO

Abşeron Rayon İcra Hakimiyyəti dünən yazdığım statusdan sonra guya vəziyyətdən “çıxış yolu” tapıb – binamızın qarşısındakı zibil qutularının sayı 8-dən 10-a qaldırılıb”.

Bunu sosial şəbəkədə jurnalist Cavid İsmayıl bildirib.

“Lap Molla Nəsrəddinin fil lətifəsinə oxşadı. Amma mən daha iki “fil” göndərilməsini xahiş etməmişdim axı. Sual belə idi: yaşayış binasının və poçt şöbəsinin qarşısında zibil qutularının nə işi var? 82 nəfər sakinin imzası ilə zibil qutularının buradan yığışdırılması tələbimiz də qulaqardına vurulur.

Mən 2008-ci ildə Xırdalana köçəndə zibil qablarının sayı 2 idi. Binamızın ətrafında obyektlərin sayı artdıqca, onların yerindəki və ya qarşısındakı zibil qutuları sirli şəkildə ordan “qeyb” olub, bizim binanın qarşısında peyda oldular. Bu gün isə sayları 10 oldu.

Görünür, bizi zibil içində boğmaq istəyirlər. Biz niyə bu “mənzərə”də yaşamalıyıq? Niyə evimizə qonaq gələndə utanmalıyıq?”, – deyə C.İsmayıl qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər