• 24 Aprel 2024 10:33

Alimlər xəbərdarlıq etdi – Noyabrın 22-dən 26-na kimi…

Alimlər xəbərdarlıq etdi - Noyabrın 22-dən 26-na kimi...

Alimlər noyabrın 22-dən 26-na kimi G1 səviyyəli (zəif) yeni maqnit qasırğası proqnozlaşdırıblar.

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

Qrafikə əsasən, göstərilən müddətdə Yerin maqnitosferi turbulent olacaq.

Belə ki, noyabrın 22, 24 və 25-də zəif maqnit qasırğası proqnozlaşdırılır. Noyabrın 23 və 26-da isə qasırğa daha da zəifləyəcək.

Daha əvvəl həkim-terapevt Lyudmila Lapa deyib ki, stressi azaltmaq, sağlam qidalanma və müntəzəm gəzintilər maqnit qasırğasından sağ çıxmağa kömək edəcək.

Xatırladaq ki, noyabrın 5-i axşam saatlarında Yer kürəsində güclü maqnit qasırğası baş verib.

Tacxeber.com

Oxşar xəbərlər