• 27 İyul 2024 06:58

Bayden Çin rəhbərinə xanımının ad gününü xatırladıb.

“Foreign Policy” jurnalı ABŞ prezidenti Co Baydenlə Çin rəhbəri Si Cinpinin görüşünə dair maraqlı məlumat yayıb.

Jurnalın yazdığına görə, Co Bayden Çin rəhbərinə onun həyat yoldaşı Penq Liyuanın ad gününü xatırladıb – ABŞ prezidenti ilə Çin liderinin həyat yoldaşının doğum tarixləri üst-üstə düşür

Adı açıqlanmayan amerikalı məmur jurnala bildirib ki, Amerika lideri Çin Xalq Respublikasının sədri ilə görüşü zamanı həyat yoldaşına ad günü təbriklərini çatdırıb. Mənbələrin bildirdiyinə görə, Si Cinpinq qeyd edib ki, o, “işlərin çoxluğu üzündən” xanımının doğum gününü unudub və bunu yalnız Baydenin sözlərindən sonra xatırlayıb. Jurnal belə hesab edir ki, Bayden ən azı Çin liderinin həyat yoldaşının gözündə “xal qazanıb”.

Penq Liyuan 20 noyabr 1962-ci ildə anadan olub. Elə həmin gün Baydenin özü də ad gününü qeyd edir, lakin o, Çin liderinin həyat yoldaşından 20 yaş böyükdür. Bu il Amerika prezidentinin 81, Penq Liyuanın isə 61 yaşı tamam olacaq.

Qeyd edək ki, Çin və ABŞ liderləri noyabrın 15-17-də baş tutan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində San-Fransisko ətrafında görüşüblər. Bu danışıqlar Baydenin prezident kimi fəaliyyətə başlamasından sonra iki ölkə liderləri arasında yeddinci təmas olsa da, onların yalnız ikinci təkbətək görüşdür. (Musavat)

 

Tacxeber.com

Oxşar xəbərlər