• 27 İyul 2024 07:08

“Bu oyun həmişə yadımda qalacaq” – Emin Mahmudov

“Axır ki, azarkeşlərimizi sevindirdik. Çünki onlar uzun zamandır ki, bizdən belə möhtəşəm qələbə gözləyirdilər. Bu matçda vuruşduq və istədiyimiz nəticəni qazandıq. Bu oyun həmişə yadımda qalacaq”.

Bu sözləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsində İsveçə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Sözügedən görüşdə dubla imza atan yarımmüdafiəçi bildirib: “Əsas məqsədim komandaya xeyir verməkdir. Qollar vurduğum üçün də sevinirəm”.

O, son turda qarşılaşacaqları Belçika millisi ilə oyun haqda danışıb: “Təbii ki, Belçika millisi çox güclüdür. Rəqib komandada dünya səviyyəli futbolçular mübarizə aparır. Belə komandalara qarşı bəxtimiz də olmalıdır”. (Qol)

Tacxeber.com

Oxşar xəbərlər