• 24 Aprel 2024 13:31

Eminin qolu ingilis şərhçini dəli etdi: Mən doğru görürəm?! – VİDEO

 

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – İsveç oyununda (3:0) Emin Mahmudovun 89-cu dəqiqədə vurduğu möhtəşəm qol ötən gecə Avropada böyük səs-küyə səbəb olub.

Publika.az xəbər verir ki, mərkəz xəttinə yaxın nöqtədən vurulan qol qarşılaşmanı şərh edən şərhçilərin, tamaşaçıların və yazarların diqqətini cəlb edib. Xüsusilə DAZN kanalının İngiltərə şöbəsinin yayımında şərhçinin Mahmudovun ünvanına işlətdiyi ifadələr maraqlı olub. O, millimizin kapitanını əfsanə adlandırıb və Devid Bekhem üslubunda möhtəşəm qola imza atdığını bildirib:

“Mahmudov uzaq məsafədən cəhd edir, ohh!!! (bir neçə saniyə susur) Mən doğru görürəm?!

Bu, heyranedicidir. O, artıq azərbaycanlı əfsanədir. Bekhemsayağı möhtəşəm bir qol!”

 

Oxşar xəbərlər