İsrail terrorçular üçün ölüm cəzasını bərpa edə bilər.
Müvafiq qanun layihəsinin yenidən Knessetə (İsrail parlamenti) təqdim edilməsi təşəbbüsü hakim koalisiya tərəfindən irəli sürülüb.
Qanun layihəsinin müəllifi ultrasağçı fikirləri ilə tanınan İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirdir.
İsrail nəşrinin məlumatına görə, noyabrın 20-26-sı aralığında qanunun birinci oxunuşda müzakirəyə çıxarılması planlaşdırılır, daha sonra hakim koalisiya onun ikinci və üçüncü oxunuşlarda qəbul edilməsinə nail olmaq niyyətindədir.
Qanun layihəsi 2023-cü ilin martında baxılması üçün təsdiqlənib, lakin daha sonra qanunun qəbulu prosesi hələ Milli Təhlükəsizlik Şurasına ekspertizaya göndərilməzdən əvvəl dayandırılıb.