“Biz ilk 2 qolu buraxdıqdan sonra özümüzü pis vəziyyəyə saldıq”.
Tacxeber.com xəbər verir ki, bu sözləri İsveç millisinin futbolçusu Emil Forsberq dünən Avro-2024-ün seçmə mərhələsində Azərbaycana 0:3 hesabı ilə uduzduqları oyunu şərh edərkən bildirib. O, isveçli jurnalistlərə açıqlamasında deyib ki, erkən buraxılan 2 qoldan sonra komanda özünə inamı itirib:
“Biz özümüzə güzgüdə baxıb soruşmalıyıq ki, biz yaxşı oynadıqmı? O dəqiqə da cavab alacaqsınız ki, xeyr. Bu, biabırçılıqdır”.