• 23 Noyabr 2024 19:57

“Kəşfiyyatçının tezliklə Ukraynaya dönməsini gözləyirik…”

“Ukrayna prezidentliyinə namizədliyini irəli sürən Arestoviç işğal edilmiş ərazilərin yalnız siyasi yolla geri qaytarılmasına dair proqramla çıxış edir…”

Sabiq müşavirə qarşı ikinci cinayət işi açılıb

Ukrayna prezidenti Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviçə qarşı yeni cinayət işi açılıb. Bu, “Qolos” (“Səs”) partiyasından olan xalq deputatı Nataliya Pipanın bəyanatı əsasında edilib.

Bubarədə “svoboda.org” nəşri məlumat yayıb.

“Vətəndaş Arestoviçə qarşı cinayət işi açılıb. Bu barədə məni Ukrayna Milli Polisi məlumatlandırıb, mən də sizə məlumat verirəm. Kəşfiyyatçının tezliklə (amma bu, şübhə doğurur) Ukraynaya dönməsini gözləyirik”, – xalq deputatı özünün “Facebook” səhifəsində məlumat verib.

Ukraynalı jurnalist Dmitri Qordon dəqiqləşdirib ki, cinayət işi “cinayət hüquq pozuntusunun törədilməsi barədə qabaqcadan yalan məlumat yaymaq” maddəsilə açılıb.

Bundan öncə Arestoviç Pipanı “dil əlamətinə görə milli düşmənçilik və nifrətin” qızışdırılmasında ittiham edib.

Xalq deputatı ilə sabiq müşavir arasında münaqişə sovet rok-musiqiçisi Viktor Tsoyla bağlı baş verib.

Bu ilin iyun ayında Pipa Lvov küçələrinin birində gənc oğlanın Viktor Tsoyun mahnısını rus dilində oxuduğunu görüb. O, ona irad tutub, Rusiya musiqisinin KİV-lər və ictimai yerlərdə açıq şəkildə ifası və səsləndirilməsinin qadağan olunduğunu onun nəzərinə çatdırıb.

Gənc oğlan söyüşlə cavab verib və Pipa polisə müraciət edib. Küçə ifaçısına xırda xuliqanlıq barədə protokol tərtib edilib.

Arestoviç gənc oğlanın müdafiəsinə qalxıb. Sentyabr ayında o, məhkəmə yolu ilə Dövlət Təhqiqatlar Bürosunun Pipa barəsində “millətlərarası nifaqın qızışdırılmasına” görə cinayət işinin açılmasına nail olub.

Bu, son zamanlar Ukrayna hakimiyyətini kəskin tənqid edən Arestoviçə qarçı açılan ikinci cinayət işidir. Bir ay öncə siyasətçiyə “zorakılığın təbliği” maddəsi üzrə cinayət içi açılıb.

Aleksey Arestoviç 1999-2005-ci illərdə Ukrayna Baş Kəşfiyyat İdarəsində işləyib.

2020-ci ilin dekabrından 2023-cü ilin yanvarınadək Ukrayna prezidenti Ofisi rəhbərinin ştatdankənar müşaviri olub.

O, Dnepr şəhərində çoxmərtəbəli binaya düşən raketlə bağlı sözlərindən sonra baş verən qalmaqal səbəbindən vəzifədən gedib.

Bu ilin noyabrın 1-də sabiq müşavir 14 bənddən ibarət özünün siyasi proqramını dərc edib.

Bəndlərdən birində işğal edilmiş ərazilərin geri qaytarılması uğrunda döyüşlərdən imtina etməyə və onların yalnız siyasi yolla qaytarılmasına nail olmağa çağırış edilir.

Sonradan Arestoviç bəyan edib ki, o, Uktayna prezidentliyinə öz namizədliyini irəli sürmək niyyətindədir və bu, onun seçkiqabağı proqramıdır. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər