• 27 İyul 2024 12:41

Proqnozlar özünü doğrultmayacaq, düşünmək lazımdır – Əli Məsimli

Azərbaycanda birrəqəmli inflyasiyaya nail olunması barədə proqnozun özünü doğrultması üçün bu barədə düşünmək lazımdır.

Bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirəsi zamanı bildirib.

“Adətən, payız-qış aylarında qiymətlər azalmır, əksinə, artır. Deməli, yaya qədər ikirəqəmli olan inflyasiya süni surətdə azaldılmasa, ilin sonuna bir rəqəmli olmayacaq”, – o qeyd edib.

Deputat əlavə edib ki, büdcənin məzmununa baxsaq, bu, postmüharibə dövrünün büdcəsidir, məntiqi surətdə onun prioritetləri də həmin istiqamətlərdə olmalıdır: “Amma sosial proseslərin tənzimlənməsinə yetərincə vəsaitin ayrılması iki qoşa qanad kimi olmalıdır. Mənim qısa olaraq qeyd etmək istədiyim hissələr var. Birinci, deməli, proqnozlardan ümumi daxili məhsulun artımı əvvəlcə 3,5 faiz proqnozlaşdırılmışdı, sonra 1,8 faizə endirildi. 10 ayın göstəricilərinə görə isə 0,5 faizdir. Güman ki, bu proqnozların heç biri özünü doğrultmayacaq.

Ona görə də gələn ilin 2,4 faiz və Mərkəzi Bankın da bundan da artıq proqnozlarının özünü doğrultması üçün “əlavə hansı tədbirlərin görülməsinə ehtiyac var?” deyə düşünmək lazımıdır. Bu istiqamətdə aidiyyəti orqanların fikirləşməsi çox vacibdir”.  (Ölkə)

Tacxeber.com

Oxşar xəbərlər