Zelenski: Qərbin dəstəyi olmasa, geri çəkiləcəyik.
Ukrayna Prezidenti Volodimir Zelenski Qərbin dəstəyi olmasa, Ukraynanın müharibədə “geri çəkilmək” məcburiyyətində qalacağını bildirib.
Toplum TV “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Zelenski açıqlamasında Yaxın Şərqdəki vəziyyətə görə, Qərbin diqqətinin Ukraynadan getdikcə yayındığını bildirib.
“Hazırda mən diqqətimi Qərbdən kömək almağa yönəltmişəm. Onların diqqəti isə Yaxın Şərqdəki vəziyyətə və digər səbəblərə görə yayınır. Dəstək olmasa, biz geri çəkiləcəyik”, – “Bloomberg” Ukrayna Prezidentindən sitat gətirib.