• 24 Noyabr 2024 11:24

“Doğuşun hara getdiyini, kiminlə yazışdığını bilmək istəyirəm…” – Xoşqədəm

“Doğuşun hara getdiyini, kiminlə yazışdığını bilmək istəyirəm...” – Xoşqədəm

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramında maraqlı anlar yaşanıb. 

Tacxeber.com xəbər verir ki, verilişin ekspertlərindən biri anaya üzünü tutaraq övladı ilə yaxından maraqlanmadığı üçün onu tənqid atəşinə tutub:

“Uşağımın telefonu mənim telefonuma köçürülüb. Mən onun hara getdiyini, kiminlə danışdığını, sosial şəbəkələrdə hansı səhifələrə girdiyini, hər şeyi görürəm. Əgər ana evdə övladı ilə maraqlanmırsa, sonu da bu cür olacaq”.

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı isə onun sözünü kəsərək zarafatyana bunu necə etdiyi ilə maraqlanıb:

“Bir dəqiqə, o nə isə dedi, o nə məsələdir telefonu bu telefona köçürmək? Mənə də deyin, evdə Doğuş bəyə tətbiq edim. Mən onu bilmirdim, mənə də de. Uşaqlar nəzarətimdədir, amma Doğuş yox”.

Verilişdən olan həmin kadrlar qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq gülüşlə qarşılanıb.

Həmin görüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər