Lal xəstəliklərdən biri də böyrək patologiyalarıdır. Yəqin çoxunuz şahidi olmusuz ki, insan heç bir şikayəti olmadan qəfildən böyrəkləri iflas edib və dializə qoşulub. Böyrəklər də qaraciyər kimi dözümlü orqandır.
Tacxeber.com “Medicina” ya istinadən xəbər verir ki, professor Oksana Dralkina ölümcül böyrək çatışmazlığından qorunmaq üçün bunlara diqqət yetirməyi tövsiyə edib.
“Hər 10 nəfərdən birində böyrək xəstəliyi aşkarlanır. Böyrək çatışmazlığının müalicəsui xərçəng xəstəliyinin müalicəsindən 2 dəfə bahadır.
Böyrəklərin işində artıq pozulma olduğunu göstərən əsas əlamətlər:
– Daim yorğunluq, baş hərlənmə, təngnəfəslik, əzginlik, yaddaş zəifləməsi. Böyrəklər bu zaman eritropoetin hormonunu az ifraz edir.