• 24 Aprel 2024 09:12

Dünyanı dəyişən 12 nəfər – Tarixin kölgəsində qalan dahilər

Dünya tarixində çoxumuzun adlarını bilmədiyimiz, amma öz töhfələri ilə tarixin gedişatını dəyişən mühüm insanlar var. Bu şəxslər öz ixtiraları, ideyaları və fəaliyyətləri ilə milyonlarla insanın həyatına təsir göstərsələr də, çox vaxt kölgədə qalırlar.

Bu insanlar tarixin axarını dəyişən əməlləri ilə dünyamızın formalaşmasında əvəzsiz rol oynayıblar.

Tarixin kölgəsində qalan, amma dünyamızı formalaşdıran 12 dahi şəxsiyyəti təqdim edirik:

Mitiades

Marafon döyüşünün arxasında duran strateji zəka sahibi. Afinalılar bu müharibədə məğlub olsaydılar, bəlkə də Sokrat, Platon, Aristotel kimi böyük filosofların adları tarixə yazılmayacaqdı.

Moris Hilleman

Müasir tibbin qəhrəmanlarından biri. 14 məcburi vaksindən 8-nin ixtiraçısıdır, milyonlarla insanın həyatını xilas edib.

Ceyms Harrison

Nadir antitelə malik olan bu adam rezus xəstəliyinin müalicəsində inqilab edib, milyonlarla uşağı ölümdən qurtarıb.

Leo Szilard

Atom bombasının fikir atası. Eynşteynlə birlikdə atom bombasının ixtirasına səbəb olan məktubu yazmışdı.

Con Bardin

Tranzistorun ixtiraçısı. Müasir texnologiyanın təməl daşlarından birini təşkil edir.

Norman Borlauq

“Yaşıl İnqilab”la milyonlarla insanı aclıqdan xilas edib.

Stanislav Petrov

“Soyuq müharibə” dövründə nüvə hücumu ilə bağlı yanlış həyəcan siqnalı ilə dünyanın nüvə müharibəsinə sürüklənməsinin qarşısını almışdı.

Acay Bhatt

USB-nin ixtiraçısı. Bu, kompüter texnologiyasının əvəzsiz hissəsidir.

Robert Kuk

Hüceyrənin kəşfində böyük rol oynayıb.

Dennis Riçi

C proqramlaşdırma dilinin atası. Müasir kompüter elminin əsasını qoyub.

Tim Berners-Li

“World Wide Web” (Ümumdünya Şəbəkəsi) ixtiraçısı. İnternetin bugünkü halına gəlməsini o təmin edib.

Vitold Piletski

Auşvitz əsir düşərgəsinə könüllü sızan və buradakı qorxunc faktları dünyaya çatdıran qəhrəman hərbçi.  (Teleqram)

 

Tacxeber.com

Oxşar xəbərlər