Bu barədə Hindistanın artilleriya sistemləri istehsalçısı “Bharat Forge”a istinadən Idrw portalı məlumat yayıb.
MArG sərt dağlıq ərazilərdə işləmək qabiliyyətinə malikdir. Onun qabaqcıl texniki performansı sayəsində atəş və zərbə qabiliyyəti təmin etdiyi iddia olunur. 39 kalibrli lüləsi olan 155 mm-lik dağ artilleriya silahının mənzili 24-30 kilometr arasındadır.
MArG Hindistan istehsalı olan “Ashok Leyland Mk 4” hərbi texnikası əsasında hazırlanıb və beş nəfərlik heyətə malikdir.(APA)