• 27 İyul 2024 04:38

Rusiya keçmiş nazir müavinini axtarışa verdi

 

Rusiya Daxili İşlər Nazirliyi maliyyə nazirinin keçmiş müavini və Rusiya Mərkəzi Bankının sədrinin keçmiş birinci müavini Sergey Aleksaşenkonu axtarışa verib.

Tacxeber.com xəbər verir ki, Aleksaşenkonun adı nazirliyin məlumatlar bazasında yerləşdirilib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Sergey Aleksaşenko ölkəni tərk edib və Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə məşğul olan qrupa qoşulub. Həmin qrupa ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol və Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak rəhbərlik edir.(Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər