• 27 İyul 2024 04:49

Yəhudilərlə bağlı fikirləri Maska baha başa gəldi

Yəhudilərlə bağlı fikirləri Maska baha başa gəldi

“Apple”, “Warner Bros.”, “Walt Disney”, “Lionsgate”, “Paramount”, “Discovery”, “Sony Pictures” və “IBM” daxil olmaqla bir neçə məşhur şirkət “X” sosial şəbəkəsində (keçmiş tvitter) reklamlarını dayandırıb.

Buna səbəb sosial şəbəkənin sahibi, milyarder İlon Maskın “X”də yayımlanan qalmaqallı paylaşımı bəyənməsi olub. Mask istifadəçilərdən birinin paylaşığı – qaradərililərə qarşı dayandırılması tələb olunan nifrətin ağdərililərə qarşı yayılması, Qərbin yəhudiləri sevməməsi və bunu onlara hiss etdirməsi istiqamətindəki ifadələri dəstəkləyib. Milyarderin paylaşıma “Bu, əsl həqiqətdir” şərhini yazması tənqidlərlə üzləşməsi ilə nəticələnib.

“Space X”in yaradıcısı hətta Ağ Ev tərəfindən də tənqid olunub. “Amerikalılar olaraq bizim əsas dəyərlərimizə zidd olan antisemitizm (yəhudi düşmənçiliyi – red.) və irqçiliyin bu iyrənc təbliğatını qətiyyətlə pisləyirik” deyə ABŞ hökumət məlumat yayıb.

Avropa Komissiyasının nümayəndələri sosial şəbəkələrdə, xüsusən Fələstin-İsrail münaqişəsi ilə bağlı dezinformasiyanın yayılması fonunda bütün Aİ icraçı xidmətlərindən “X”də reklamı dayandırmağı xahiş edib.

Tacxeber.com

Oxşar xəbərlər