• 27 Dekabr 2024 07:34

Anti-sionist ravvin: “İsrail şeytanın tərəfdarıdır”

Anti-sionist ravvin: “İsrail şeytanın tərəfdarıdır”

 

Hər dəfə İsrail əleyhinə açıqlamalar verən yəhudi rəy lideri ravvin Elhanan Beck Qəzza xalqına səslənib.

Tacxeber.com-ın xarici mediaya istinadən məlumatına görə, Beck açıqlamasında dünyadaki anti-sionist bütün ravvinlərin Fələstinin yanında olduğunu bildirib.

Yəhudi ravvin “Qəzza xalqına səslənirəm. Biz dünyadaki anti-sionist bütün ravvinlə sizin tərəfinizdədir. İsrail və onu dəstəkləyənlər şeytanın tərəfdarıdır. Bu, din savaşı deyil” deyərək dəstəyini bir daha nümayiş etdirib:

Elhanan Beck 2021-ci ildə verdiyi müsahibədə, “Anam mənə deyirdi ki, Fələstinli qonşularımızla yaxşı münasibətdə yaşayırdıq, uşaqlara baxardıq. Yəhudi bayramlarında uşaqları müsəlman qonşulara aparırlar, sonra da İslam günlərini yəhudi qonşularına aparardılar. Heç bir problem yox idi. Dinlə bağlı problem yoxdur, problem işğaldadır. İnsanların öldürülməsi, torpaqların oğurlanması problem bundadır. Fələstinlilər yəhudilərə nifrət etmir. Onlar işğalçılara nifrət edirlər. Bilməliyik ki, problem dinlə bağlı deyil” ifadələrini işlədib.

Tacxeber.com

Oxşar xəbərlər