• 24 Noyabr 2024 03:55

Bakıda bir çaydan çaya görə müştəridən 90 manat aldılar

Bakıda bir çaydan çaya görə müştəridən 90 manat aldılar

Paytaxtda yerləşən “Paris Bistro” restoranların birində bir çaydan çaya görə müştəridən 90 manat pul alınıb.

Tacxeber.com xəbər verir ki, bu haqda təşkilatçı Eyyub Hüseynzadə sosial şəbəkə hesabında məlumat yayıb.

O qeyd edib: “Sizə böyük ayıb olsun. Gecə saat 1-də depozit adı ilə 1 çaynik çaya məndən 90 manat ödəniş aldınız. Yanımda xarici qonaq vardı deyə, səsimi çıxarmadım. Amma bu məsələ belə qalmayacaq biləsiniz”.

Məsələ ictimailəşdikdən sonra restorandan E.Hüseynzadəyə zəng edilib və məsələ öz həllini tapıb.

Təşkilatçı bu barədə yazıb:  “Dəyərli dostlarım, sizlərin göstərdiyi reaksiyalar əsasında məlum restoranın rəhbərliyindən zəng oldu və üzrxahlıq olundu. Təkcə mənə yox, digər müştərilərdə bir daha belə halların olmaması ilə bağlı lazımi tədbirlərin görüləcəyi bildirildi. Əslində, bu çox müsbət və sevindirici haldır ki, şikayətlərimiz nəzərə alınır və həll olunur. Müştəri məmnuniyyətini təmin etdiyinə görə “Paris Bistro” rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Tacxeber.com

Oxşar xəbərlər