• 24 Noyabr 2024 08:34

Mixael Saakaşvili məhkəmədə prezidentdən əfv istəyib

 

Gürcüstanın sabiq Prezidenti Mixael Saakaşvili dövlət başçısı Salome Zurabişvilidən əfv olunmasını istəyib.

“Report” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, o, bu barədə məhkəmə iclasında danışıb.

Saakaşvili bildirib ki, o, bir müddət Gürcüstandan kənarda olmalıdır: “Təbii ki, xanım Zurabişvili bir imza ilə atasını uşaqlara qaytara və ən əsası, Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər”.

Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır.

Tacxeber.com

Oxşar xəbərlər