• 23 Noyabr 2024 22:25

Qərbin müharibə ilə bağlı gizli planı – Kiyevi narazı salacaq sülh sazişində nələ var?

“Qərb artıq Kiyev üçün nəzərdə tutulan sülh planı ilə razılaşıb”.

Bu iddia ilə “Pravda” nəşri çıxış edib. Qeyd olunub ki, bunu Ukrayna prezidentinin ofisinə yaxın mənbələr də təsdiqləyib.

“Planın məzmunu Kiyev rejiminin qətiyyən xoşuna gəlməyəcək, amma deyəsən, bu, heç kimi maraqlandırmır”, deyə məqalədə qeyd olunur.

Sözügedən planın detalları isə aşağıdakə kimi təsvir edilib:

“Sülh planında beş əsas məqam yer alıb. Birincisi, təmas xətti boyunca sərhədlər müəyyən ediləcək – Kiyev Donbass, Krım, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibində olduğunu tanımalıdır. İkincisi, Ukrayna bu ərazilərdən rəsmən imtina edəcək. Üçüncüsü, Ukrayna yenidən NATO-ya üzvlük iddialarından əl çəkəcək. Dördüncüsü, Kiyev Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edə biləcək silahları ölkədə yerləşdirməyinə zəmanət verəcək. Beşincisi, Ukrayna Avropa Birliyinə daxil olacaq”.

Nəşr bildirib ki, Rusiyanın buna razı olub-olmayacağı sual altındadır. “Bununla belə, sanksiyalar qalacaq və Qərb yeni əraziləri tanımayacaq. Kiyev ordunu yenidən toplamaq üçün fasilə verəcək, silah toplayacaq və yenidən Donbasa hücum edəcək. Bu o deməkdir ki, bütün tapşırıqlar yerinə yetirilməyənə qədər münaqişə sona çatmayacaq”, deyə əlavə olunub. (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər