• 24 Sentyabr 2024 08:29

Qəzzadakı əməliyyatlarda israilli nazirlərin övladları da iştirak edir – Siyahı

İsrailin ən yüksək siyasi rəhbərliyinin hazırda Qəzzada gedən əməliyyatlarda iştirak edən övladlarının siyahısı dərc olunub.

Bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Fələstinin HƏMAS qruplaşmasına qarşı döyüşlərdə Baş nazir Benyamin Netanyahunun oğlu Avner Netanyahu iştirak edir. Baş nazirin xanımı jurnalistlərə bildirib ki, onun oğlu hazırda Qəzzadadır. Digər tərəfdən, Prezident İshaq Hersoqun oğlu da oradadır.

Həmçinin, İsrail ordusunun tərkibində müharibədə iştirak edənlər arasında müdafiə naziri Yoav Qallantın iki oğlu, keçmiş müdafiə naziri Benni Qantsın üç oğlu, portfelsiz nazir Qadi Ayzenkotun iki oğlu, Rifah naziri Yakov Marqinin oğlu və qardaşı oğlu da var.

Nəqliyyat naziri Miri Reqevin böyük qızı isə orduda zabit kimi xidmət edir. Onun, kürəkəni Qəzzada mühəndis qoşunlarının tərkibindədir. Strateji planlaşdırma naziri Ron Dermerin bir oğlu artıq xidmətdədir, ikincisi oğlu isə hərbi xidmətə çağırış mərhələsindədir. Onun iki qardaşı oğlu da hərbi xidmətə çağırılıb.

Bundan əlavə, nəşr yazır ki, əmək naziri Yoav Ben-Tsurun ailə üzvləri də döyüşürlər. Döyüşlər zamanı onun qohumlarından biri, həmçinin İsrailin məskunlaşma məsələləri üzrə naziri Orit Strukun səkkiz ailə üzvü: dörd övladı və dörd kürəkəni yaralanıb. Milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin 18 yaşlı oğlu da hərbi xidmətə çağırış mərhələsindədir. Nazirin iki kürəkəni ehtiyatda xidmət edir. Elm, İnnovasiya və Texnologiya naziri Ofir Akunisin oğlu isə donanmada xidmətdədir. Ədliyyə naziri Yariv Levinin oğlu da orduya çağırılıb, qızı isə sıravi əsgərdir. Təhsil naziri Yoav Kişin iki övladı isə ehtiyata çağırılanlar arasındadır.

İqtisadiyyat naziri Nir Barkatın qızı, İnteqrasiya naziri Ofir Soferin iki övladı, kənd təsərrüfatı naziri Avi Dixterin bütün övladları, Maliyyə naziri Betsalel Smotriçin iki qardaşı, portfelsiz nazir İfat Şaşi-Bitonun oğlu da hərbi əməliyyatlarda iştirak edənlər siyahısındadır. (Yeniabaz)

Tacxeber.com

Oxşar xəbərlər