“Ölü” prezidenti əvəz edən məhz dublyordur və ölkəyə pərdə arxasında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev rəhbərlik edir…
Britaniyanın “The Sun” nəşri Putinin dublyorları, oxşarları haqqında material dərc edib.
Bu barədə İsrail mediasına xəbər verib.
“The Sun” tabloidinin süni intellektdən istifadə edərək apardığı araşdırma göstərib ki, rus diktatorunun ən azı iki dublyoru var.
Britaniyalı jurnalistlər hətta yüksək səviyyəli görüşlərdə oxşarların iştirakından yazırlar ki, bu da gəldikləri ölkələrdə xeyli qıcıq yaradıb.
Nəşr Yaponiya Audio İnstitutunun və Yaponiyanın böyük televiziya şəbəkəsi “TBS”-nin araşdırmalarına istinad edir. Həmin şəbəkə Putinin ictimai çıxışlarının müxtəlif yazılarında onun üz cizgilərini, hərəkətlərini və səsini müqayisə etmək üçün süni intellektdən istifadə edib.
Rus diktatorunun dublyorlarının olması ilə bağlı şayiələr illərdir yayılır, lakin yeni araşdırmalar bunu təsdiqləyir.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, əsl Putin builki Qələbə günü paradına ev sahibliyi edib, lakin 11 ay əvvəl Krım körpüsünə başqa bir Putin baxış keçirib. Süni intellekt bu hadisələrin foto-şəkilləri arasında yalnız 53% uyğunluq tapıb və bu da tədqiqatçıların bunun oxşar olmasını düşünməsinə səbəb olub.
Putin Krım körpüsünü yoxlayır (Foto: The Sun)
İşğal olunmuş Mariupolda çəkilmiş başqa bir fotoşəkildə süni intellekt paraddakı Putinlə cəmi 40% uyğunluğu göstərib. “Krım” və “Mariupol” Putinləri arasında oxşarlıq isə daha da aşağıdır – 18%.
Putin işğal olunmuş Mariupolda (Foto: The Sun)
Buna görə də mütəxəssislər Rusiya diktatorunun ən azı iki dublyoru olma ehtimalının yüksək olduğu qənaətinə gəlirlər.
Bütün bunlar bir ay əvvəl Rusiyanın anonim kanalının Putinin ölümünü necə elan etməsi və indi ölkəyə guya Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin rəhbərlik etdiyi, ictimaiyyətə isə diktatorun oxşarlarının təqdim edilməsi barəsindəki şayiələr fonunda səslənir.
Üz cizgiləri plastik cərrahiyyə yolu ilə dəyişdirilən dublyorların görüşlərdə və rəsmi tədbirlərdə Putinin davranışlarını və reaksiyalarını kopyalamaq üçün intensiv təlim keçdikləri bildirilir.
Ruslar niyə Putinin gerçək olmaması haqda düşünürlər?
Vladimir Putin bu yaxınlarda Qazaxıstana səfər edib və bu ölkənin prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Şəbəkə Rusiya diktatorunun atipik hərəkətini qeyd edib və onun Putinin oxşarı olduğunu iddia edib.
“Bəzi videolarda dəqiq o deyil, yaşca cavandır. Təkcə yerişi yox, qollarını yelləmə tərzi də tamam başqadır. Əsl Putin yalnız sol əlini yelləyir, bu isə hər ikisi ilə yellənir”, – deyə anti-Putin müxalifətinin fəalı Olqa Kurnosova qeyd edib.
Təbii ki, bu kontekstdə “General SRV” teleqram-kanalının moderatorluğu ilə tanınan Valeri Solovey odun üstünə odun atır. Məhz oradan Putinin “ölümü” ilə bağlı şayiələr başlayıb. O, inandırır ki, “ölü” prezidenti əvəz edən məhz dublyordur və ölkəyə pərdə arxasında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev rəhbərlik edir…
Möhtəşəm fərziyyələr var. Elita, görünür, həqiqi və “saxta” Putin haqqında bilir. Amma yəqin, ikinci və üçüncü eşelon da bunu müzakirə edir. Analitik vurğulayır ki, “axı çar əsil çar deyil” hissi artıq Rusiya cəmiyyətinə getdikcə daha dərindən nüfuz edir.
Xatırladaq ki, avqustun sonunda Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov demişdi ki, “hamının tanıdığı Putini sonuncu dəfə 2022-ci il iyunun 26-da görüblər”.
May ayında isə Budanov bildirib ki, son altı ayda rəsmi tədbirlərdə Putinin dublyorları iştirak edirlər.
Xatlrladaq ki, oktyabrın sonunda Kreml Rusiya prezidenti V.Putinin oxşarı olması və onun bəzən Rusiya liderini əvəz etməsi barədə yayılan məlumatları təkzib edib. Bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb. O, bəzi KİV-də sözügedən məsələ ilə bağlı yer alan məlumatların yalnız gülüş doğurdunu bildirib. (Moderator)