Belçikaya məğlubiyyətdən sonra Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir edib, onları axmaq adlandırıb.
İtalyan mütəxəssisin bu qənaətə necə gəldiyini öyrənmək üçün onunla virtual müsahibə etdik.
–Azərbaycanlı jurnalistləri axmaq adlandırdınız. Bu qənaətə necə gəlibsiniz?
-Burada olduğum müddətdə mənə aydın oldu ki, azərbaycanlı jurnalistlər ya futbolunuzun problemlərini bilmirlər, ya da bilsələr də bunu yazmağa cəsarət etmirlər. Azərbaycan futbolunda infrastruktur yoxdur, ölkədə futbolçu tapılmır, uşaq futbolu bərbad vəziyyətdədir, onlar isə məndən möcüzə göstərməyi tələb edirlər. Ancaq əslində bu problemlərin həllini tapmasını tələb etməlidirlər.
-Kimdən tələb etməlidirlər?
-Təbii ki, AFFA rəhbərliyindən. Futbolun inkişafına onlar cavabdehdir.
-Axı siz hara gəldiyinizi bilirdiniz.
-Əlbəttə bilirdim. Amma mən günahkar deyiləm ki, sizdə futbolçu olmaya-olmaya xaricdən məşqçi dəvət edirlər. AFFA rəhbərliyi, konkret olaraq Rövnəq Abdullayev hesab edir ki, uşaq futbolunda infrastruktur qurmağa, futbolçu yetişdirməyə ehtiyac yoxdur. Ona elə gəlir ki, xaricdən məşqçi gətirilsə, həmin şəxs möcüzə edəcək, ayağı top tutmayanlar dünya səviyyəli futbolçuya çevriləcək.
-Yəni demək istəyirsiniz ki…
-Bəli, düz başa düşdünüz, Rövnəq Abdullayevin futboldan anlayışı yoxdur. Onun ətrafında olanlar isə ya “istedadlı dələduzlar, ya da zır axmaqlardır.
Sizin ən böyük dərdiniz, probleminiz budur. Futbolunuza futboldan anlayışı olmayanlar rəhbərlik edir. Mən gedirəm, amma bu probleminiz həll olunmayana qədər həmişə məşqçiləri söyəcəksiniz. Problemdən danışın, uşaqlar, problemdən. Sizin xalqın çox gözlə bir məsəli var: “Eşşəyi qoyub, palanı döymə”.
Palan mən idim. Mən gedirəm, buyurun, o eşşək, o da siz, döyün. Amma əminəm, döyməyəcəksiniz, yenə də palanın gəlməsini gözləyəcəksiniz. (Aut.az)