• 24 Noyabr 2024 06:46

Milyonların qatili bizə sülhdən dərs keçir

 

Kolonializmin hələ də davam etməsindən, xüsusilə koloniyalarda qadın və uşaqların hüquqlarının kobud şəkildə pozulması ölkəmiz üçün narahatlıq doğurur. Azərbaycan hər zaman Qoşulmama Hərəkatının sədri kimi bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırıb. Bu səbəbdən də dekolonizasiya prosesində qadınların rolunun gücləndirilməsi zamanın tələbi olduğu nəzərə alınaraq Bakıda qadın və kolonializm mövzusunda tədbir keçirilib.

Ölkəmizdə tarix boyu qadına hörmət edilib, adı uca tutulub. İctimai nəqliyyatdan tutmuş bütün sahələrə qədər hər yerdə bunun şahidi oluruq. Son zamanlar qadınların yüksək vəzifələrə gətirilməsi də bunu deməyə əsas verir. Ölkəmizdə qadınlar təkcə sosial sahədə deyil, hərbi sahələrdə də öz töhfəsini verib. Lakin, 21-ci əsr olmasına baxmayaraq hələ də qadınlar koloniyalarda köləliyə və istismara məruz qalır.

Bu gün neokolonializm siyasətini davam etdirən ölkələr sırasında birincisi Fransadır. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanıdır. Bu ölkə hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edir, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışır. Ölkə başçısının da dediyi kimi Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoyub. Fransa tərəfindən Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar qətlə yetirilib.

Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatması aşkar işğaldır və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulmasıdır.

Fransa kolonializminin yeni metodları bu gün də davam etməkdədir. Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır.

Tacxeber.com

Oxşar xəbərlər