• 23 Noyabr 2024 20:35

“AFFA İcraiyyə Komitəsi bu fikirləri pislədi” -AFFA De Byazi artıq millimizdə calışmaq istəmədiyini bildirdi.

Bu gün AFFA İcraiyyə Komitəsinin fövqaladə iclası keçirilib.

Saat 10-da başlayan toplantıda Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin millidəki taleyi ilə bağlı qərar verilib. İtaliyalı mütəxəssis iclasda cəmi 10 dəqiqə iştirak edib və sonra toplantını tərk edib. O, iclasda millimizdəki fəaliyyətini davam etdirmək istəmədiyini bildirib.

İclasdan sonra jurnalistlərə açıqlama verən AFFA-nın baş katibi Sərxan Hacıyev təsdiq edib ki, toplantıda De Byazi müqaviləsinin uzadılmasını istəməyib.

Qeyd edək ki, De Byazinin müqaviləsi Avro-2024-ün seçmə mərhələsinin sonunda başa çatırdı.

Əlavə edək ki, Canni de Byazinin rəhbərliyi altında Azərbaycan millisi Avro-2024-ün 5 komandalı qrupunda 8 oyundan 7 xal toplayaraq 4-cü yeri tutub. O, son mətbuat konfransında azərbaycanlı jurnalistlərə etiraz olaraq onları “axmaq” adlandırıb. Bu isə Azərbaycan mediası və futbol mütəxəssislərinin etirazına səbəb olub. AFFA-nın baş katibi Sərxan Hacıyev isə Canni de Byazinin bu fikirlərinə görə Azərbaycanın idman jurnalistlərindən üzr istəyib.

AFFA İcraiyyə Komitəsinin üzvləri milli komandanın baş məşqçisi vəzifəsindən ayrılan Canni de Byazinin azərbaycanlı jurnalistlərlı bağlı səsləndiridiyi fikirləri müzakirə edib.

Bu haqda jurnalistlərə AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib. O deyib ki, De Byazinin fikirləri qınanılıb. “Belə halların olması birmənalı olaraq pislənildi”- deyə S.Hacıyev bildirib.

Qeyd edək ki, Canni de Byazi Avro-2024-ün Belçika – Azərbaycan oyunundan sonra azərbaycanlı idman jurnalistlərini verdikləri tənqidi suallara görə “axmaq” adlandırıb. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər