• 22 Sentyabr 2024 13:19

Britaniyalı polis: “İslamı mən yox, Allah məni seçdi” – VİDEO

 

Böyük Britaniyanın paytaxtı Londonda işləyən polis məmuru Paul yanvar ayında İslamı qəbul edib.

Tacxeber.com “Haber7com”a istinadla xəbər verir ki, o, artıq 5 aydır, ki namaz qılır.

Paul “Niyə islamı seçdin” sualına maraqlı cavab verir.

“Mən İslamı seçmədim, Allah məni seçdi.

Əlhəmdulillah ağlımda heç bir şübhə yoxdur. Mən sadəcə polis deyiləm. Mən qardaş, dayı, oğul, qardaş oğlu, dost kimiyəm. Bununla fəxr edirəm”.

İnsanlar Paulun davranışından çox razıdırlar.

O, gənclərin səhv etdiyini görəndə onları xəbərdar edir və ailələrinin yanına aparır. Bu davranışına görə o bir çox müsəlmandan “İnşallah, sən də müsəlman olarsan” deyə dualar aldığını bildirib.

 

Oxşar xəbərlər