“Dərin narahatam”: ABŞ Azərbaycanda üç jurnalistin həbsinə reaksiya verir, ifadə azadlığına hörmət etməyə çağırır
ABŞ çərşənbə axşamı bir daha Azərbaycan hökumətini ölkədəki hüquq və azadlıqlara hörmət etməyə çağırıb, çünki Bakıda hakimiyyət orqanları “AbzasMedia” müstəqil xəbər agentliyi ilə əlaqəsi olan daha bir neçə jurnalisti həbs edib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller: “Üç jurnalistin: Ülvi Həsənlinin, həmçinin onun həbsdə olarkən fiziki zorakılığa məruz qalması; Sevinc Vaqifqızı və eyni zamanda mülki fəal olan Maqomed Kekalovun həbsi ilə bağlı xəbərlərdən dərindən narahatıq”. Bu barədə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller TURANa bildirib.