• 23 Noyabr 2024 02:01

Ermənilərə “olmaz” dedik, bunu etsəydik, Qarabağda… – Zatulin

“Moskva Ermənistan müxalifətini dəstəkləməkdən imtina edərək, Baş nazir Nikol Paşinyanın xeyrinə seçim edib”.

Bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

“Paşinyan 2021-ci ildə erkən parlament seçkiləri keçirmək qərarına gəldikdən sonra müxalifət Rusiyaya üz tutdu ki, hansısa formada onu dəstəkləsin. Amma Rusiya imtina etdi, bunu onunla əsaslandırdı ki, müxalifət hakimiyyətə gəlsə, Qarabağda hərbi əməliyyatlara son qoyan 10 noyabr üçtərəfli bəyanatından imtina edə bilər. Moskva düşündü ki, bu sənəddən imtina yeni müharibəyə səbəb ola bilər. Rusiyanın özü də bu işə qarışmaq istəməzdi. Dedik, olmaz. Paşinyanın başına bir şey gəlsə, yenidən müharibə başlayacaq, biz də çəkiləcəyik, ona dəyməyin, işimiz var. Çünki o, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında sazişi imzalayan üç tərəfdən biri olub”, – deputat bildirib. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər