Dünya İqtisadi Forumunun “Qlobal Gender Fərqi” indeksinə görə, Azərbaycan 146 ölkə arasında 101-ci yerdə qərarlaşıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı dərc olunan hesabatında qeyd olunub.
İqtisadi iştirakçılıq və imkanlara görə, Azərbaycan 146 ölkə arasında 36-cı, təhsil nailiyyətinə görə 55-ci, siyasi səlahiyyətlərə görə 135, sağlamlıq və uzunömürlülüyə görə 144-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, bu indeks müxtəlif ölkələrdə qadınların iqtisadi iştirakı, imkanları, təhsil səviyyəsi, sağlamlıq, uzunömürlülük və s. göstəricilərinə əsasən, onların rifahının müqayisəli təhlili əsasında hazırlanıb.