• 24 Noyabr 2024 05:08

Elməddin Aysun barədə nə deyib? – Video

Elməddin Aysun barədə nə deyib? - Video

Aktyor Elməddin Cəfərov müğənni Aysun İsmayılova ilə bağlı dediklərinə aydınlıq gətirib.

Tacxeber.com Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Xəbər-ətər” verilişində danışıb.

Sənətçi deyib ki, əslində o, birbaşa Aysunu nəzərdə tutmayıb:

“Aparıcı soruşdu ki, oğluna müğənni xanım alarsan? Dedim, mən istəmirəm, qarışım. İstəyərdim, öz seçimi olsun. Amma evdar xanım olsa, daha yaxşıdır. Aparıcı da qayıtdı ki, Elməddin Rəqsanənin qızını oğluna almaq istəmir. Dondum qaldım ki, axı mən elə söz demədim. Başqa sual verir, mən də fərqli cavab verirəm. Lakin ondan tamam başqa söz çıxardır. Vaxtında Aysungilin ad günlərində mən aparıcı olmuşam. Mən ümumiyyətlə o barədə danışmamışdım”.

Qeyd edək ki, “Rəngarəng səhər “verilişində aparıcı Zaur Nəbioğlunun “Oğlunuzun müğənni qızı ilə evlənməsinə razı olarsınız? Məsələn, oğlunuz gəlib deyir ki, Rəqsanə xanımın qızı Aysunu sevirəm, onunla evlənmək istəyirəm. İcazə verərsən?” deyə soruşub. Elməddin isə “Yox” deyə cavab verib.

Tacxeber.com

Oxşar xəbərlər