Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı işıqlar sönüb.
“Yeni Sabah” xəbər verir ki, bundan sonra Paşinyan Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanı danlayıb.
“Bax, mən bundan danışırdım: ölkədə elektrik təchizatı keyfiyyətsizdir, bu binada da, kabinetlərdə də işıqlar yanıb-sönür. Biz bundan danışırıq, lakin məsələ həll olunmur”, – Paşinyan deyib.