Tanınmışların vurma cədvəlini bilməməsi efirdə maraqlı anların yaranmasına səbəb olub.
Tacxeber.com xəbər verir ki, ATV telekanalında yayımlanan “Rəngarəng səhər” verilişində aparıcı Zaur Nəbioğlunun sualları Firuzə İbadova, Pünhan Piriyev və Aşıq Mübarizi çətin vəziyyətə salıb.
Onlar 8 dəfə 8, 7 dəfə 7-nin neçə etdiyini bilməyiblər. Aşıq Mübariz isə bu suallara etiraz edərək ona sənəti barədə sual verilməsini istəyib.