• 24 Noyabr 2024 03:07

Bu gün “Qara Cümə”dir – Məşhur endirimli gün necə yaranıb?

Dilimizdə “Qara Cümə” kimi adlanan “Black Friday” ənənəsi artıq uzun illərdir ki, ölkəmizdə də məşhurlaşan və insanların səbirsizliklə gözlədiyi bir hadisədir. Bəs, bu “Qara Cümə” nə məna verir? 

Sizə “Black Friday”in qısa tarixçəsini təqdim edirik:

“Qara Cümə” Amerikada noyabr ayında qeyd olunan şükran günündən sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən bəri şükran günündən sonrakı gün ABŞ-ın yeni il alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Ancaq “Qara Cümə” termini son əsrlərə qədər elə də çox populyar deyildi. Həmin gün bir çox mağazalarda böyük endirimlər təqdim edilir və ticarət mərkəzlərinin açılışı çox erkən saatlarda, hətta gecə yarısı belə başlayıb, gecə saatlarına qədər davam edir. Hətta bəzi məşhur şirkətlər öz məhsullarına 80%-ə qədər endirim edirlər.

Xatırladaq ki, “Black Friday” əslində rəsmi bir tətil deyil. Ancaq həmin gün Kaliforniya da daxil olmaqla Amerikanın digər bir neçə ştatında dövlət işçiləri üçün “Şükranlıqdan sonrakı gün” adı altında iş günü hesab olunmur. Məktəblərdə, bağçalarda və bir çox iş yerlərində isə həm Şükran günü, həm də ondan sonrakı cümə tətil elan olunur. Bununla da şənbə və bazar da daxil olmaqla dörd günlük tətil olur.

Bu endirim günü ilk dəfə 1961-ci ildə qəzetlərdə “Qara Cümə” kimi qələmə verilib. Çünki həmin gün Amerikanın Filadelfiya şəhərində alış-veriş zamanı çoxlu tıxac, sıxlıq baş vermişdi. Bu hadisə nəticəsində isə yüzlərlə insan xəsarət almışdı. Elə o gündən də bu günün adı “Black Friday” deyə yaddaşlarda qalıb.

“Black Friday” MDB ölkələrində ən çox Rusiyada qeyd olunur. Kanada və İngiltərədə də bu endirim günü keçirilir və Amazon kimi onlayn alış-veriş saytları da endirimli satışlar həyata keçirirlər.

Son illərdə Azərbaycanda da cümə endirimlərinə rast gəlinir. “Black Friday” artıq ölkəmizdə də xüsusi gün hesab olunur. Belə ki, bir çox mağazalar həmin gündə endirim kampaniyalarına başlayırlar. Bu gün Azərbaycanda iri ticarət mərkəzlərində bir çox markalar endirimlər olacağını artıq şəxsi səhifələrində xəbərdarlıq ediblər.

Bu il “Qara Cümə” 24 noyabra təsadüf edir. Yəni ki, bu gün mağazalarda bir çox məhsullar endirimlərlə satılır. Geyimlər, ayaqqabılar, aksessuarlar, kompüterlər, televizorlar, telefonlar ucuz qiymətə təklif olunur.

Qeyd edək ki, hər il ən çox satılan elektronika məhsulları olur. (Lent)

 

Tacxeber.com

Oxşar xəbərlər