• 20 Sentyabr 2024 11:04

Əli Mirəliyev barədə iddia: İlhamə Quliyevanın qızıllarını oğurlayıb

Əli Mirəliyev barədə iddia: İlhamə Quliyevanın qızıllarını oğurlayıb

ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişində aparıcı müğənni Əli Mirəliyevlə bağlı şok iddia səsləndirib.

Tacxeber.com xəbər verir ki, Elgiz Əkbər müğənninin mərhum İlhamə Quliyevanın yas mərasimində ona aid qızılları oğurladığına dair fikirlərin səsləndirildiyini açıqlayıb:

“Deyirlər, mərhum dünyasını dəyişən zaman İlhamə xanımın 2-3 kiloqramlıq qızıl-zinət əşyaları ilə dolu balonun oğurlanıb. Hamının başı qarışıb və bu hadisə baş verib. Bunu şou-biznes aləmində danışırlar…”

Əli Mirəliyev isə iddialara belə cavab verib:

“Mən yazıq ora gedəndə pulsuz idim, qaynımdan pul almışdım. Orada qızım və Fatma adlı xadimə xanımla qalmışdım. Yoldaşım onu məsciddə yumağa getmişdi”.

Tacxeber.com

Oxşar xəbərlər