68 yaşlı Hüseynqulu Bağırov 17 il Azərbaycanın ekologiya və təbii sərvətlər naziri olub. Onun adı vəzifədən gedəndən iki il sonra, 2020-ci ildə nazirlikdəki yarım milyonluq mənimsəmədə çəkilib.
“Nazir Hüseynqulu Bağırovun saxta maaş kartlarından xəbəri vardı. Hər ay kartlardan çıxarılan pulların 10 min manatı şəxsən nazirə çatırdı”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş baş mühasibi qurumda qeydə alınmış 451 min manatlıq yeyinti ilə bağlı məhkəmə prosesində bildirib.