“Bakupost” və “M.Teatr”ın “Çərçivə” layihəsinin növbəti qonağı tanınmış futbolçu Qara Qarayev olub.
Xalq artisti Vidadi Həsənovun müəllifi olduğu verilişdə futbolçu idman karyerası, Prezident İlham Əliyevlə görüşü, Qurban Qurbanovla münasibətləri, milli komandadan kənarda saxlanılmasının səbəbləri və s. məsələlərdən danışıb.
Qeyd edək ki, müsahibə futbolçu “Qarabağ” FK ilə yollarını ayırmazdan öncə götürülüb:
Qara Qarayevin müsahibəsindən bəzi seçmələr:
“Qurban Qurbanov haqda böyük bir kitab yazılmalıdır. Çünki o, Azərbaycan idmanı, məşqçi olmaq və bu praktikanı keçmək istəyən insanlar üçün böyük təcrübədir. İllərdir stabil qalmaq düşünürəm ki, bir insana xas olan cəhətdir. Amma böyük bir güc, xarakter, çalışmaq və əzm tələb edir”…
“İllərdir millidə oynayırdım, sadəcə sonra… İdmanda hər zaman belədir, məşqçi həmişə haqlıdır. Hansı qərarı istəyir, qəbul edə və savuna bilər, yalan və ya doğru… Məşqçilik sistemi belədir. Səni istəyir, oynadır, istəmir, oynatmır. Oynatmayanda da deyir ki, sənə daha çox motivasiya vermək üçün oynatmadım. Məşqçi bu məsələdə istədiyi kimi manevr edə bilər. Mən də Azərbaycan idmançısına yaraşan şəkildə reaksiya vermək istəyirəm. Sözsüz ki mənim üçün milli komandada olmamaq çətindir”…
“Xarici transferlər olmalıdır. Bəlkə də kobud, yersiz çıxır, amma özümüz-özümüzü daha çox sevməli, daha çox dəyər verməliyik”…
Tacxeber olaraq həmin verilişi sizə təqdim edirik: